Ümrə və Həcc ziyarəti ilə bağlı qərar verildi: QADAĞA GÖTÜRÜLÜR?

Ümrə və Həcc ziyarəti ilə bağlı qərar verildi: QADAĞA GÖTÜRÜLÜR?

Səudiyyə Ərəbistanı ölkədə koronavirusa görə elan edilən karantin rejimindən çıxmaq üçün 3 mərhələli plan hazırlayıb.

Cebhe.info xəbər verir ki, ölkənin SPA agentliyi hökumətin bununla bağlı planını açıqlayıb. Plana əsasən, 28-30 maydakı ilk mərhələdə Məkkə istisna olmaqla bütün şəhərlərdə 06.00-15.00-da küçəyə çıxmağa icazə veriləcək.

Qadağa olmadığı saatlarda şəhərlər və bölgələrarası şəxsi nəqliyyat vasitəilə hərəkət mümkündür.

31 maydan 20 iyuna qədər ikinci mərhələ qüvvədə olacaq. Yenə də Məkkə xaric bütün şəhərlərdə 06.00-20.00 saatlarında küçəyə çıxmaq sərbəst olacaq. Bütün məscidlərdə cümə və camaat namazlarına icazə veriləcək. Kəbədə isə cümə və camaat namazları qılınacaq. Dövlət qurumları, nazirliklər, özəl şirkətlər fəaliyyətə başlayacaq. Daxili uçuşlar və yerüstü nəqliyyat bərpa ediləcək. Ümrə və Həcc ziyarətlərinə qadağa qalacaq.

Üçüncü mərhələ isə 21 iyundan başlayacaq. Bu zaman Məkkə xaric bütün ölkə normal həyatına qayıdacaq.

Xəzər
Cebhe.info

Mənbə: cebhe.info