Maska və əlcək taxmayanlar cərimələnə bilərmi? - AÇIQLAMA

Maska və əlcək taxmayanlar cərimələnə bilərmi? - AÇIQLAMA

Xəbər verdiyimiz kimi mayın 25-də 149 nəfər koronavirusa yoluxub.Karantin rejimində yumşalmalardan sonra tibbi maskalardan və qoruyucu əlcəklərdən istifadə edənlərin sayı kəskin azalıb. Maska və əlcəklərdən istifadə etməyənlərə cərimə tətbiq edilə bilərmi?

Bununla bağlı Sonxeber.az-a danışan deputat Aydın Mirzəzadə bildirib ki, qanunları sərtləşdirmədən öncə maarifləndirmə işlərini çoxaltmaq lazımdır:

"Nümunə güclü olmalıdır. Tanımış insanlar, ziyalılar, vəzifədə olanlar qoruyucu tibbi maskalardan və qoruyucu əlcəklərdən istifadə etməklə insanlara nümunə olmalıdır. Bu işdə insanlar onlara baxıb, nümunə götürməlidir. Kollektivdə və iş yerlərində qoruyucu tibbi maskalardan istifadə olunmalı, sanitar-gigyenik qaydalara riyaət edilməsi ilə bağlı söhbətlər aparılmalıdır. Krantin rejiminin güclənməsi birinci dalğanın qarşısını aldı. Amma insanlar işləyib, dolanışıqlarını təmin etməlidir. Ona görə uzunmüddətli karantin rejim mümkün deyil. Koronavirusla yanaşı yaşamağı və ondan qorunmağı öyrənməliyik. Koronavirusdan qorunmağın yeganə yolu müəyyən qaydalara əməl edtməkdir. Göründüyü kimi koronavirus Azərbaycanda bütün bölgələrə yayılmadı. Görünür müəyyən yerlərdə işlər aparılmağa və qabaqlayıcı tədbirlərin görülməsinə ehtiyac var. Gəncədə bir ara bilirsiniz ki, koronavirusa yoluxanların sayı artdı. Şəhər rəhbərliyi və ziyalıların birgə səyi nəticəsində yoluxanların sayını kəskin azalmasına nail olundu. Hər birimiz bu mübarizədə dövlətimizə dəstək olmalıyıq. İnanıram ki, biz bunu bacaracağıq".

 

Mənbə: big.az