“Çoxları qorxusundan xeyriyyəçilik etmir ki, ayağından çəkərlər...”

“Çoxları qorxusundan xeyriyyəçilik etmir ki, ayağından çəkərlər...”

Dünən Bakıda adını açıqlamayan şəxsin bir neçə mağazada insanların borclarını bağlaması ölkə mediasının da gündəmini zəbt edib. Adını açıqlamayan xeyirxah adam orucluq bayramı günündə insanlara sevinc bəxş edib.

Moderator.az-a açıqlamasında tanınmış ictimai xadim, Tibb Universitetinin (ATU) dosenti Rəşid Mahmudov bu cür xəbərlərdən adamın ürəyinin açıldığını bildirib:

“Vallah bu xəbəri eşidəndə adamın ürəyi açılır. Dünyada xeyirxah, kasıb əl tutan insanlar çoxdur, amma çoxları qorxusundan xeyriyyəçilik etmir ki, ayağından çəkərlər. Dünən mağazalarda insanların borcunu bağlayan adamın səmimiyyətinə baxın ki, heç adını da açıqlamayıb. Bu cür adamlara görə dünya bütün bəlalardan xilas olacaq. Bildiyimə görə bunu edən cavan oğlan olub məncə cavanlar biz yaşlılardan daha yaxşıdılar, onların çoxu Allahını tanıyırlar. Görün həyatda necə gözəl insanlar var”.

Mənbə: conflict.az