Koronavirus “donuz qripi”ndən daha təhlükəlidir - NİYƏ?

Koronavirus “donuz qripi”ndən daha təhlükəlidir - NİYƏ?

Koronavirus “donuz qripi”ndən daha təhlükəlidir.

Cebhe.info xəbər verir ki, bunu rusiyalı mütəxəssis, Prezidentin İşlər İdarəsinin xəstəxanasının şöbə müdiri Andrey Naqovitsın deyib.

O, iki virus arasındakı fərqə aydınlıq gətirib. Bildirib ki, koronavirusun inkubasiya dövrü daha uzundur- 6-14 gün. COVİD-19-a yoluxmuş şəxs “donuz qripi” ilə müqayisədə daha uzun müddət yoluxduğundan xəbərsiz yaşaya bilir.

“Donuz qripi”ndə inkibasiya dövrü dəfələrlə qısa, 2-4 gündür. Beləliklə də, koronavirusa yoluxan şəxsin digərlərini yoluxdurmaq imkanı da daha yüksək olur. “Donuz qrupi”ndə isə bu imkan daha azdır.

Mənbə: cebhe.info