Vuhandakı “yarasa qadın” yenə ortaya çıxdı: “Bu, aysberqin hələ görünən tərəfidir” - İLGİNC AÇIQLAMA

Vuhandakı “yarasa qadın” yenə ortaya çıxdı: “Bu, aysberqin hələ görünən tərəfidir” - İLGİNC AÇIQLAMA

Çinin Vuhan şəhərindəki virusologiya laboratoriyasının tanınmış mütəxəssisi, "yarasa qadın" kimi tanınan Çi Zengli maraqlı açıqlamalarla gündəmə gəlib.

Cebhe.info xəbər verir ki, o, bu dəfə növbəti təhlükələr barədə xəbərdarlıq edib:

"Vəhşi heyvanların daşıdığı elə viruslar var ki, onları tanımırıq. Buna görə də əvvəlcədən xəbərdarlıq vacibdir".

COVİD-19-un aysberqin ancaq görünən tərəfi olduğunu deyən "yarasa qadın" "Əgər insanları növbəti belə viruslardan qorumaq istəyiriksə, həmin virusları əvvəldən tanımalı və tədbir görməliyik",-deyib.

CGTN kanalına müsahibəsində o, gələcəkdə epidemiyaların davamlı olması mümkünlüyünü vurğulayıb. Qeyd edib ki, buna yol verməmək üçün xüsusilə heyvanların daşıdığı viruslarla bağlı araşdırmalara ehityac var.

Xatırladaq ki, "yarasa qadın"ın çalışdığı Vuhan laboratoriyası iddiaların mərkəzində dayandır. İddilara görə, virus məhz həmin şəhərdəki laboratoriyadan yayılıb və bu, ehtiyatsızlıq ucbatından baş verib.

Xəzər
Cebhe.info

Mənbə: cebhe.info