Türkiyə sərhədlərini açır: QADAĞALAR GÖTÜRÜLÜR

Türkiyə sərhədlərini açır: QADAĞALAR GÖTÜRÜLÜR

Türkiyədə normallaşma prosesinin birinci mərhələsi 11 maydan etibarən başlayıb.

Bu zaman ilk olaraq gözəllik salonları, bərbərlər, alış-veriş mərkəzləri müəyyən şərtlər daxilində, sosial məsafə qorunmaqla və maska taxılması məcburiyyəti ilə açılıb.

Cebhe.info xəbər verir ki, Ramazan bayramı münasibətilə 81 vilayətdə elan edilən küçəyə çıxmaq qadağasından sonra ikinci mərhələ başlayacaq. 27 mayda 20 yaşdan aşağı və 65 yaşdan yuxarı şəxslərlə bağlı qadağalar götürüləcək. Həmin tarixdə 13 şəhərə giriş-çıxış qadağası ləğv ediləcək. 1 iyundan etibarən otel, klub, çay bağçaları, idman salonları yenidən fəaliyyətə başlayacaq. Toy salonları isə tutumunun 25% -dən çox olmamaq şərti ilə açılacaq.

Həmçinin 1 iyun tarixindən başlayaraq küçəyə çıxmaq qadağası ləğv olunacaq. 12 iyunda cümə namazı məsciddən kənarda açıq ərazilərdə qılınacaq. Normal namazlar isə məsafəni qoruyaraq və maska taxaraq məscidlərlə qılınacaq. 15 iyundan isə Türkiyə həmdə sərhədlərini açılacaq. Bu tarixdən etibarən piknik əraziləri və tələbə yataqxanaları, 1 iyuldan şadlıq sarayları, kinoteatrlar və teatr salonları açılacaq.

Tünzalə

Cebhe.info

Mənbə: cebhe.info