Qorxuducu koronavirus sınağı - 7 metrlik məsafədə...

Qorxuducu koronavirus sınağı - 7 metrlik məsafədə...

İngiltərədə koronavirusun metrolarda necə yoluxduğuna dair yeni bir simulyasiya videosu yayımlanıb. Sözügedən sınaq zamanı metroda koronavirusa yoluxan bir şəxsin ətrafındakı hər kəsi virusa yoluxdurduğu ortaya çıxıb.

Moderator.az xəbər verir ki, koronavirusdan ən çox təsirlənən ölkələrdən biri olan İngiltərədə yayımlanan simulyasiya videosu ölkənin normallaşma və məktəblərin açılma hazırlığı sırasında nümayiş etdirilib.

Simulyasiyada metroda səyahət edən koronavirus xəstəsinin ən sadə bir öksürək və ya asqırıqla ətrafındakı 7 metrlik məsafədə olan hər kəsi virusa yoluxdurduğu görülüb.

Bundan başqa virus daşıyan bir şəxsin oturduğu və toxunduğu səthlərdə virusun uzun müddət qaldığı müəyyən olunub.

Kamran

Mənbə: moderator.az