Pulsuz tibbi maska paylanıldı - İctimai nəqliyyatda maskadan istifadə vacibdir

Pulsuz tibbi maska paylanıldı - İctimai nəqliyyatda maskadan istifadə vacibdir

COVID 19 profilaktikasına dair ictimai nəqliyyatda qaydalara riayət edilməsi məqsədilə Bakı Nəqliyyat Agentliyi tərəfindən sərnişinlərə pulsuz maskalar paylanılıb. Əməkdaşlarımız orda olduqları müddət ərzində vətəndaş məsuliyyətsizliyini də lentə alıblar. İzləyək.

Bakı Nəqliyyat Agentliyinin könüllüləri COVID 19 prafilaktikasına dair sərnişinlərə tibbi maskayla yanaşı social izolyasiya qaydalarını qeyd edən broşürlər paylaYıblar.

Mais Ağayev - BNA-nın mətbuat xidmətinin rəhbəri

Avtobus dayanacaqlarında avtobuslarda maskadan istifadə mütləqdir sərnişinlərimiz mütləq qaydada istifadə etməlidir.bu onların və onlarla birlikdə ictimai nəqliyyatda sərnişinlr ümuümilikdə cəmiyyət sağlamlığı üçün çox vaibdir. Maska paylayarkən müşahdə ettik qaydalara yetərincə əməl etmirlər. bunu nəzərə alaraq bu tədbirlər davam edəcək.

Koroğlu mübadilə mərkəzindəyik. BNA nın könüllüləri və DİN əməkdaşlarının birgə vətəndaşlara pulsuz maska paylamaqlarına baxmayaraq avtobusa mindikdən sonra maskaları ya ciblərinə qoyurlar yada çantalarına . biz də elə indi avtobusa minərək niyə tibbi maskadan istifadə etmədiyini soruşacağıq. Niyə tibbi maskadan istifadə etmirsiniz? Cibimdədir….

Bəzi sərnişinlər maska taxmamaları azmış kimi, ümumiyyətlə suallarımıza cavab vermək məcburiyyətində olmaqdıqlarını da bildirdilər

İctimai nəqliyyatda tibbi maska taxmaq məcburiyyətindəyik. Belə olan halda özümüzdən başqa ətrafımızdakı insanların da həyatını qorumuş oluruq. Polis əməkdaşları ilə birlikdə apardığımız reyd nəticəsində insanlar arasında koronavirus infeksiyasının təhlükəsini ciddiyə almayanlar da oldu.

Qeyd edək ki , ölkədə 1500-dən çox aktiv koronavirus xəstəsisi var . Buna baxmayaraq hələ də bəziləri sanki yaxınlarının, tanışlarının bu virusa yoluxmasını gözləyir və yalnız belə olan halda inanacaqlarını bildirirlər. Beləliklə, vətəndaş məsuliyyətsizliyinin şahidi oluruq...

Qeyd edək ki, tibbi masklardan istifadə açıq məkanlarda tövsiyə olunur, qapalı məkanlarda isə vacib şərtdir.

atv.az

Mənbə: www.atv.az