Yayda avtomobillər niyə yanır? - Ustalar səbələri açıqlayır

Yayda avtomobillər niyə yanır? - Ustalar səbələri açıqlayır

Havalar istilənər istilənməz qəfil alışmağa başlayan avtomobillərin sayı çoxaldı. Xüsusi ilə avtomobillər hərəkətdə olarkən və ya tıxacda dayanarkən yanır. Bunun səbəbini ustalar bir neçə faktla əlaqələndirir.

Son bir həftə ərzində Günəşli qəsəbəsində Kia-Rio, Qubada Vaz, Xaçmazda isə Tayota markalı maşınların yanması, avtomobillərin yay aylarında qəfil alışma mövzusunu yenidən aktuallaşdırdı. Avtomobil ustaları bildirir ki, əsas səbəbi əksər hallarda avtomobillərə qoşulan əlavə qurğular olur. Bəzi avtomobillərdə elektrik naqilləri kustar üsulla izolyasiya edilir. Yəni elektrik naqillərində zəif izolyasiya, yaxud yüksək davamlılığı olmayan materialdan istifadə edilir ki, Nəticədə gərginlik çox olan elektrik naqillərində yanğın baş verir. Digər səbəblər də var.

Əli Əliyev - usta

Duman işıqları dediyimiz hissəyə əlavə işıqlar qoşullar kustar üsulla qoşurlar və hesablanmamşı naqillərlə qoşurlar. Yay vaxtı qızma həddindən artıq çox olduğundan başlayır ərimə getməyə. Ərimə zamanı qısa qapanmalar baş verir və alışmalar qaçılmaz olur. Benzin farsunka və injektor sistemində iş görülən zaman düzgün ara qatlarından istifadə etmədikdə düzgün iş görmədikdə benzin axındısı yağ axıntısı yanmalara səbəb ola bilər.

Sürücülər də etiraf edir ki, bəzən ustaya məsləhətləşmədən avtomobildə dəyişiklik edirlər.

Oktay Əliyev - sürücü

Maşına əlavə led işığlar quraşdırdıq axşam getdim evə həyətdə saxladım gördüm gördüm ki tüstüləm baş verir. Səhərsi gün gətirdim ustaya. Usta da dedi ki səhv quraşdırlıb.

Tural Mürşüdlü - sürücü

Alişma baş verdi. Əlavə özüm yağ tökmüşdüm. Oda qırağa sıçrayıb sürdükcə tokun üstü açıq qalıb. Özümdə bilmədim. Elə biraz narahatçılıq yarandı elə evakatura qoyub ustaya gətirəndə usta da aydınlaşdırm yaxşı qurtardı

Mətn: Avtomobil qəfil alışarkən nə etmək lazımdır? Avtomobil ustaları deyir ki, maşın Alışan vaxtı kapotu açmaq olmaz. Alov oksigenlə təmasa girərək daha da alışır. Mühərriki söndürmək, baqajı, qapıları açmaq lazımdır. Bir neçə dəqiqədən sonra yanğının söndürülməsi üçün alov söndürən qurğudan istifadə etmək olar.

atv.az

Mənbə: www.atv.az