Bakı polisi maska taxmayanları avtobusdan düşürdü - VIDEO

Bakı polisi maska taxmayanları avtobusdan düşürdü - VIDEO

Paytaxtın Nərimanov Rayon Polis İdarəsinin əməkdaşları maska taxmayan şəxslərə qarşı reyd keçirib.

Yenisabah.az xəbər verir ki, reyd zamanı belə şəxslər avtobuslardan düşürülüb. Onların temperaturu ölçülüb və maska paylanıb.

Kafe və restoran sahibləri ilə də profilaktik söhbətlər aparılaraq sosial məsafəyə əməl etmələri tapşırılıb.

Həmçinin, Bakı Nəqliyyat Agentliyi və Bakı Şəhər Baş Polis İdarəsi karantin rejimi qaydalarına riayət etməyən sərnişinlər arasında maarifləndirmə aksiyası keçirib. Tədbir çərçivəsində "Koroğlu" Nəqliyyat Mübadilə Mərkəzində polis əməkdaşları və nəqliyyat könüllüləri tibbi maskadan istifadə etməyən vətəndaşlara tibbi maskalar paylayıb.

 

Mənbə: yenisabah.az