Koronavirus heyvandan insana ilk dəfə nə vaxt yoluxub? - ÜST yeni iddianı araşdırır

Koronavirus heyvandan insana ilk dəfə nə vaxt yoluxub? - ÜST yeni iddianı araşdırır

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) koronavirusun heyvandan insana yoluxmasının ilk dəfə Hollandiyada baş verə biləcəyini açıqlayıb.

Cebhe.info xəbər verir ki, ÜST xəz üçün heyvan yetişdirilən fermadakı iki işçinin iddiaları ilə bağlı araşdırma aparıb. Açıqlamada iddianın sübut edilməsi halında bu hadisənin "heyvandan insana ilk yoluxma halı" olacağı qeyd olunub. Lakin məlumatların hələ toplandığı və analiz edildiyi bildirilib.

Qeyd edək ki, indiyə qədər ilk koronavirusa yoluxmanın Çinin Vuhan şəhərindəki vəhşi heyvan bazarında təsadüf edildiyi bildirilirdi. Sübuta yetirilə bilməsə də, mütəxəssislər virusun mənşəyinin bir heyvan, çox güman ki, yarasa olduğu fikrini dəstəkləyir. Bundan əvvəl isə xəstəliyin hava və damcı yolu ilə yayıldığı, heyvanlardan insanlara keçməyəcəyi bildirilirdi.

Tünzalə
Cebhe.info

Mənbə: cebhe.info