Bakıda quldurluq edən şəxslər ələ keçdi

Bakıda quldurluq edən şəxslər ələ keçdi

Bakıda quldurluq etməkdə şübhəli bilinən şəxslər saxlanılıb.

Oxu.Az xəbər verir ki, Daxili İşlər Nazirliyinin “102” Xidməti-Zəng mərkəzinə mayın 24-də Suraxanı rayonu Qaraçuxur qəsəbəsində yerləşən parkda naməlum şəxslərin qəsəbə sakini Şirxan Məmmədovu hədələyərək, onun 170 manatını, mobil telefonunu və qızıl boyunbağısını quldurluq yolu ilə taladığına dair məlumat daxil olub.

Suraxanı Rayon Polis İdarəsinin (RPİ) Cinayət Axtarış Şöbəsi və 32-ci Polis Bölməsi əməkdaşlarının birgə keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində quldurluq etməkdə şübhəli bilinən Bakı şəhər sakinləri - 1978-ci il təvəllüdlü R.Hacıyev, 1989-cu il təvəllüdlü G.Bayramov və 1993-cü il təvəllüdlü A.Səfərov müəyyən olunaraq saxlanılıb.

Faktla bağlı Cinayət Məcəlləsinin 181-ci maddəsi (Quldurluq) ilə cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.

Könül Cəfərli

Mənbə: www.oxu.az