Restoran sahibindən ağlasığmaz addım: Maşın yoluna masa qoydu - FOTO

Restoran sahibindən ağlasığmaz addım: Maşın yoluna masa qoydu - FOTO

Bakıda restoranlardan biri avtomobil yolunun hərəkət hissəsini qanunsuz olaraq zəbt edib.

Oxu.Az xəbər verir ki, paytaxtın Əli Əliyev küçəsi, 19 ünvanında fəaliyyət göstərən restoranın sahibi qeyri-adi addım atıb.

Restorana müraciət edən müştərilər üçün hətta avtomobil yolunda da masa qoyulub.

“Dayanma-durma qadağandır” nişanının yaxınlığında qoyulan masanın fotosu sosial şəbəkələrdə paylaşılıb. Şəbəkə istifadəçiləri bunun doğru olmadığını və hər hansı bədbəxt hadisənin baş verə biləcəyini bildiriblər.

Həmin fotoları təqdim edirik:

Könül Cəfərli

Mənbə: www.oxu.az