Virusa yoluxma artdığı üçün karantin rejimi sərtləşdirilə bilər?- AÇIQLAMA

Virusa yoluxma artdığı üçün karantin rejimi sərtləşdirilə bilər?- AÇIQLAMA

Xəbər verdiyimiz kimi mayın 31-ə Azərbaycanda qeyri-iş günüdür. Bundan əlavə mayın 25-də 149 nəfər koronavirusa yoluxub. Şamaxı Rayon İcra Hakimiyyəti əməkdaşları COVID-19 infeksiyasının qarşısının alınması tədbirləri çərçivəsində profilaktik qaydada testdən keçirilib. Testin nəticəsinə əsasən, analiz 1 nəfərdə müsbət çıxıb və virus aşkarlanan şəxs xüsusi rejimli xəstəxanaya yerləşdirilib. Xəstə ilə yaxın təmasda olan şəxslər, o cümlədən Şamaxı Rayon İcra Hakimiyyətinin başçısı və İcra Hakimiyyətinin əməkdaşları hazırda özünü izolyasiya qaydalayarına uyğun olaraq karantindədir. Kürdəmir rayonunda isə 60 çox insan koronavirusa yoluxub. Krantin rejiminin yumşaldılması zamanı açılan müəssisələr yenidən bağlana bilərmi?

Bununla bağlı Sonxeber.az-a danışan deputat Azər Badamov bildirib ki, çox təəssüf hissi ilə qeyd etmək istəyirəm ki, son 10 günün dinamikasında yoluxanların sayında kəskin artım müşühidə olunur: "Bu karantin rejimində həyata keçirilmiş yumşalmalarla bağlıdır. Yumşalmaların olmasına baxmayaraq karantin rejiminin qaldığını biz yaddan çıxartmamalıyıq. Karantin rejiminin əsas tələbi ictimai yerlərdə sosial məsafənin gözlənilməsi, qoruyucu tibbi maskadan istifadə olunmasıdır. Amma son günlərdə yoluxmalardakı artımlar yenidən karantin rejiminin sərtləşdirilməsi məsələsini gündəmə gətirə bilər.Təbii ki, karantin rejimi haqında bütün qərarları Operativ Qərargah verir. Millətin sağlamlığı üçün ehtiyac yaranarsa yeni qaydalar tətbiq oluna bilər".

Mənbə: sonxeber.az