Ş.Karolina ştatında dronlar xəstəxanalara tibbi ləvazimat çatdırır - FOTO

Ş.Karolina ştatında dronlar xəstəxanalara tibbi ləvazimat çatdırır - FOTO

Çində başlayan və əksər ölkələrə yayılan koronavirus, məlum olduğu kimi, müəssisələr arasında təchizat zəncirini də qırıb.

Amerikanın Şimali Karolina ştatında tibbi müəssisələri bu zənciri dronlar vasitəsi ilə bərpa etməyə çalışırlar.

Federal Aviasiya İdarəsinin də icazəsi ilə “Zipline” şirkətinə məxsus dronlar xəstəxanalara lazımi tibbi ləvazimatları, hətta, donor orqan və ya qan paketləri çatdırırlar.



Qeyd edək ki, bu tipli dronlardan artıq İsrail, İtaliya, Fransa, Çin, Hindistan, Küveyt, Birləşmiş Ərəb Əmirliyi və İspaniya da istifadə edir.

Birləşmiş Ərəb Əmirliyi bu dronlardan yararlanaraq Dubay şəhərini dezinfeksiya edib.

Nyu-York və Nyu-Cersidə isə rəhbərlik əhalini sosial məsafə qaydalarına riayət etməyə məhz bu dronlar vastiəsi ilə təşviq ediblər.

“Zipline” dronları 2 kiloqrama qədər yük götürə və 160 kilometr məsafə qət edə bilir.



Şirkətin baş direktoru Keller Rinaudo dronlardan istifadəni artırmaqla insanların virusa yoluxma riskini azalda biləcəklərini deyib.

Mənbə: www.realtv.az