Everest dağının hündürlüyü yenidən ÖLÇÜLÜR

Everest dağının hündürlüyü yenidən ÖLÇÜLÜR

Mayın 7-də dünyanın ən yüksək zirvəsi olan Everest dağının hündürlüyünü dəqiq ölçmək üçün yola çıxan Çin ekspedisiya qrupunun zirvəyə çatdığı bildirilib.

Sonxeber.az Çinin rəsmi xəbər agentliyi "Sinxua"ya istinadən xəbər verir ki, Təbii Sərvətlər Nazirliyinin ölçmə mütəxəssislərindən və peşəkar alpinistlərdən ibarət 30 nəfərlik bir qrup,Nepal-Çin sərhədindəki dağın Çin tərəfindəki əsas düşərgəsindən başlayan zirvə səyahətini tamamlayıb.

Komandanı, zirvədə peyklərdən gələn Qlobal Mövqe Sistemi (GPS) siqnalları və yerdəki xüsusi çəki ölçən qravimetr kimi cihaz və cihazların köməyi ilə dağın ən yüksək nöqtəsindəki hündürlüyü dəqiq ölçməyə çalışacağı bildirilib.

Həmçinin komandanın təbii qaynaqları müəyyənləşdirmək üçün eksperimentlər və tədqiqatlar aparacağı da qeyd edilib.

Mənbə: sonxeber.az