Bakı Dövlət Universitetinin tələbələri və gənc tədqiqatçıları üçün onlayn elmi seminar keçiriləcək

Bakı Dövlət Universitetinin tələbələri və gənc tədqiqatçıları üçün onlayn elmi seminar keçiriləcək

İyunun 1-də Bakı Dövlət Universitetinin (BDU) tələbələri və gənc tədqiqatçıları üçün “Microsoft Teams” platforması üzərindən “XVI-XVII əsrlərdə Habsburqların və Səfəvilərin diplomatik əlaqələri” mövzusunda onlayn elmi seminar keçiriləcək.

BDU-dan AZƏRTAC-a bildiriblər ki, elmi seminarda Slovakiya Respublikası Komenski adına Bratislava Universitetinin professoru Lukas Ribar mövzu ətrafında məruzə ilə çıxış edəcək.

Onlayn elmi seminara qatılmaq istəyən şəxslərdən mayın 31-i saat 17:00-dək [email protected] elektron poçt ünvanına müraciət etmələri xahiş olunur.

Mənbə: azertag.az