“Azərbaycan” qəzetinin (1918-1920) latın qrafikalı yeni əlifbaya transliterasiyası aparılıb

“Azərbaycan” qəzetinin (1918-1920) latın qrafikalı yeni əlifbaya transliterasiyası aparılıb

1918-1920-ci illərdə ərəb qrafikası ilə Azərbaycan dilində nəşr olunan “Azərbaycan” qəzetindəki materiallar milli müstəqillik tariximizin tam mənzərəsinin ortaya qoyulması baxımından böyük əhəmiyyət daşıyır. Qəzetin səhifələrində Azərbaycan hökumətinin qərarları, parlament üzvlərinin çıxışları, bölgələrdə və paytaxtda baş verən hadisələrin təfərrüatları və təhlilləri, xatirələr, Azərbaycan Cümhuriyyətinin xarici dövlətlərlə münasibətləri və s. öz əksini tapmışdır.

Azərbaycan Dillər Universitetindən (ADA) Trend-ə bildirilib ki, azərbaycanlı filoloqlar, Türkiyǝnin Mǝrmǝrǝ Universitetinin dosenti Mehdi Gǝncǝli vǝ Azad Ağaoğlu “Azərbaycan” qəzetini (1918-1920) müasir əlifbaya transliterasiya edərək çoxcildlik şəklində çapa hazırlanması tǝşǝbbüsüylǝ çıxış etmişdir. Qəzetin bütün nömrələrinin müasir əlifbaya köçürülmǝsi, çətin anlaşılan söz və ifadələr lüğəti, qeyd və izahlar, xüsusi adlar göstəricisinin ǝlavǝ edilmǝsiylǝ nəşrǝ hazırlanması nǝzǝrdǝ tutulmuşdur. Azərbaycanın Cümhuriyyət dövrü tarixinin öyrənilməsi üçün çox vacib olan bu nəşr tarixçilər, filoloqlar, mətnşünaslar, mənbəşünaslar və digər mütəxəssislərlə birgə, yaxın tariximizlə maraqlanan hər kəs üçün qiymətli və etibarlı bir məxəz olacaqdır.

ADA Universitetinin rəhbərliyi və elmi heyəti bu təşəbbüsü müsbǝt qarşılayaraq, müxtəlif mərhələlərdə layihəni dəstəkləmək niyyətində olduqlarını bildirmişlər.

Bu tǝşǝbbüs çǝrçivǝsindǝ “Azərbaycan” qəzetinin 28 may 1919-cu il tarixli “bayram nömrəsi” hazırlanaraq ictimaiyyətin diqqətinə təqdim edilmişdir.

Mənbə: az.trend.az