Monqolustanlı qız Dünya Elmlər Akademiyasının gənc tərəfdaşı seçildi

Monqolustanlı qız Dünya Elmlər Akademiyasının gənc tərəfdaşı seçildi

Monqolustanın Nəbatat Bağının Bitki Ekologiyası və Bitki Ehtiyatları Laboratoriyasının elmi işçisi, doktor Ç.Menxçeçeq İtaliyanın Triyest şəhərində yerləşən Dünya Elmlər Akademiyasının (TWAS) gənc tərəfdaşı seçilib.

KONKRET.az xəbər verir ki, TWAS elmin inkişafı və yüksək beynəlxalq standartların əldə edilməsinə dəyərli töhfələr vermiş ən yaxşı elm adamlarını, istedadlı gənc tədqiqatçıları ömürlük üzv olaraq seçir.

Hər il TWAS, inkişaf etməkdə olan ölkələrdən 40 yaşa qədər olan 25-dək tədqiqatçını tapır, ən azı 10 beynəlxalq nəşr ilə beş il müddətinə müqavilə imzalayır.

Bir tədqiqatçı olaraq doktor Ç.Menxçeçeq 10 ildən artıqdır ki, Tayvanın “Academia Sinica” elm ocağında, Kaliforniya və Tokio Universitetləri də daxil olmaqla, dünyanın məşhur tədqiqat mərkəzlərində və universitetlərində aparıcı tədqiqatçılar qrupu ilə işləyir.

Bitki sahəsi ilə bağlı tədqiqat işləri New Phytologist, Physiology Plant, Plant Journal və digər aparıcı elmi jurnallarda (Scientific Reports və Journal of Biological Chemistry) dərc edilib.

Seçilən gənc üzvlər Dünya Elmlər Akademiyasının ümumi konfranslarında və iclaslarında iştirak etməyə dəvət olunur və ölkədən gələn gənc tədqiqatçıların Akademiyanın təşkil etdiyi tədbirlərdə, təlimlərdə və proqramlarda iştirakını dəstəkləyirlər.

Tərəfdaşlıq statusunun beş illik müddəti bitdikdən sonra “Gənc Tərəfdaş” adı “Gənc TWAS Məzunu” olaraq dəyişəcək.

Monqolustan Elmlər Akademiyasının Kimya və Kimya Texnologiyaları İnstitutunun tədqiqatçısı doktor T. Azzayaa da 2017-ci ildə gənc tərəfdaş seçilib.

Babək Göyüş

KONKRET.az

Mənbə: konkret.az