May ayının axırında qar yağdı  - VİDEO

May ayının axırında qar yağdı  - VİDEO

Yamalo-Nenets muxtar dairəsinin Tazovski qəsəbəsinə güclü qar yağıb.

Lent.az Rusiya Kİv-nə istinadla bildirir ki, sinoptiklərin bildirdiyinə görə, mayın 28-dək qəsəbədə aşağı temperatur və yağıntı mümkündür.

Yerli sakinlərin sözlərinə görə, qar o qədər güclü yağıb ki, buna görə üfüq xətti görünmür. Qar yağması səbəbindən temperatur da aşağı düşüb.

Proqnoza görə, mayın 28-də qəsəbədə havanın temperaturu müsbət 12 dərəcə olacaq, qar əvəzinə isə yağış gözlənilir.

Yamalo-Nenets muxtar dairəsinə mayın axırında qar düşməsi anomal hesab olunur.

Mənbə: lent.az