Hicablı qadın bu ölkədə ilk dəfə hakim oldu

Hicablı qadın bu ölkədə ilk dəfə hakim oldu

Müsəlman Raffiya Arşad Böyük Britaniyada hakim vəzifəsində işləyəcəl ilk hicablı qadın olacaq.

Lent.az Lenta.ru-ya istinadla xəbər verir ki, 40 yaşlı qadın artıq 17 ildən çoxdur hüquqi təcrübə keçir. Raffiyanın fikrincə, onun nümunəsi digər müsəlmanlar üçün çox vacibdir.

Onun sözlərinə görə, əvvəllər mənşəyinə görə peşəsində uğur qazana bilməyəcəyini deyiblər. Buna baxmayaraq, karyerası boyu hicabdan imtina etməyib.

Mənbə: lent.az