“Təəssüf ki, Cümhuriyyətimizlə bağlı bir dənə də olsun normal sənədli film yoxdur”

“Təəssüf ki, Cümhuriyyətimizlə bağlı bir dənə də olsun normal sənədli film yoxdur”

Sabah 28 may - Respublika Günüdür.

Maraqlıdır, müasir Azərbaycangəncliyinin Cümhiriyyət tarixinə yetərincə marağı varmı? Gənclik Cümhuriyyəttarixi haqında kifayət qədər məlumatlıdırmı?

Moderator.az-a açıqlamaverən professor Nəsiman Yaqubli gəncliyin Cümhuriyyətə böyük sevgi bəslədiyinivurğulasa da, bu məsələdəki bəzi problemlərə də diqqət çəkdi:

“Gəncliyin Cümhuriyyətimizəçox böyük sevgisi var. Mən bunu onların suallarından, sorğularından, Cümhuryyyətəolan maraqlarından hiss edirəm. Sadəcə, Cümhuriyyətlə bağlı geniş təbliğatınaparılmaması gənclərdə müəyyən informasiya qıtlığı yaradır.

Cümhuriyyyətimizlə bağlıçoxlu kitabların çapı, televiziya verilişlərinin hazırlanması vacibdir. Təsəvvüredin ki, bizim Cümhuriyətimizlə bağlı bu günə qədər bir dənə də olsun normal sənədlifilm çəkilməyib. Halbuki, gürcülər belə bir film çəkib. Mən o filmlə bağlı onlara kömək etmişəm. Hətta o filmdəmənim çıxışım da var. Qazaxlar da özləri ilə bağlı belə bir film çəkib.

Qazaxıstan dövlətiMustafa Tokay haqqında 5 serialı film çəkib. Mustafa Tokay 2 ay Bakıda yaşayıb.Mən qazaxlara da bu məsələdə kömək etmişəm. Bizim isə bu sahədə gördüyümüz işlərazdır. Biz ancaq yubiley keçirir, bir də ildönümü yaxınlaşanda bunu qeydedirik. Bunu həyatımızın ümumi məramına çevirə bilməmişik. Bu məsələdə problemlərimizvar. Buna görə də düşünürəm ki, bu işlər intensivləşməli, sistemli hala keçməlidir.Orta və ali məktəb dərsliklərində əsaslı şəkildə tədris edilməlidir. Bu sahəninciddi araşdırıcılarına dövlət tərəfindən maddi baxımdan köməklik göstərilməlidir.Bunlar olduqca vacib məsələlərdir”.

Seymur ƏLİYEV

Mənbə: moderator.az