Avropa karantindən çıxır: Ölkələr qapılarını açır

Avropa karantindən çıxır: Ölkələr qapılarını açır

Xəbər verildiyi kimi, bir sıra dövlətlər artıq karantin qaydalarını yumşaltmaq qərarı verib.

Cebhe.info xəbər verir ki, yay mövsümünün yaxınlaşması ilə birlikdə Yunanıstan aralarında İsrail və Almaniyanın da olduğu 20-25 ölkədən turist qəbul edəcəklərini açıqlayıb. Turistlərə 14 gün karantin qaydası tətbiq olunmayacaq və səyahətlər iyun ayının ortalarından etibarən başlayacaq.

İqtisadiyyatının 20 faizini turizm gəlirlərinin təşkil etdiyi Yunanıstan yaxın günlərdə hansı ölkələrdən turist qəbul edəcəklərini açıqlayacaq. Ölkələr arasında Orta Avropa və Balkan ölkələrinin olacağı təxmin edilir.

Qeyd edək ki, Yunanıstanın Baş naziri Kyriakos Mitsotakis alman turistləri 15 iyundan qəbul edəcəklərini açıqlayıb. İngiltərə və Avropa İttifaqı üzvü olmayan ölkələrin vətəndaşları isə qəbul edilməyəcək.

Tünzalə
Cebhe.info

Mənbə: cebhe.info