ABŞ-dakı uyğurlar Çinin saxlanmış ailə üzvlərindən zorla ifadə aldığını deyir

ABŞ-dakı uyğurlar Çinin saxlanmış ailə üzvlərindən zorla ifadə aldığını deyir

Birləşmiş Ştatlardakı uyğur icmasının üzvləri Çin hökumətinin kütləvi informasiya vasitələrində onların Sincanda saxlanmış ailə üzvlərinin göstərildiyi ayrı-ayrı bir sıra videolarla bağlı şübhələrini ifadə ediblər.

Onlar deyir ki, onların bir neçə ildir yoxa çıxmış ailə üzvləri indi Çinin sosial media platformalarından onlara müraciət edərək Sincan regionunda təqiblər əleyhinə danışmaqdan çəkindirməyə çalışırlıar.

Mən atamın dövlət tərəfindən izlənilmədən tamamilə azad olmasını istəyirəm. Mən onunla normal söhbət etmək istəyirəm.

ABŞ-da yaşayan Samira İmin Amerikanın Səsinə bildirib ki, bu ayın əvvəli gündəlik China Daily qəzetinin Twitter səhifəsində onun iki il əvvəl Çində saxlanmaı düşərgəsindən itkin düşmüş atası İmincan Seydinin videosu nümayiş etdirilib. Atası İmin’ həmçinin WeChat sosial media platformasından müraciət edərək saxlandığını inkar edib və qızına “anti-Çin qüvvələr tərəfindən aldadıldığını” deyib.

“Təxminən üç ildən sonra WeChat-da ilk söhbətimizdə o məndən əvvəlki paylaşımları silməyimi və Twitter kimi sosial media səhifələrində heç bir paylaşım etməməyimi tələb edirdi,” Bostonda yaşayan 26 yaşlı tibb işçisi olan İmin Amerikanın Səsinə bildirib.

O, əmin olduğunu bildirib ki, Çin rəsmiləri atasını uyğurlardan xaricdə maarifləndirmə fəaliyyətlərini dayandırmağı istəməyə məcbur edib..

“Çin hökumətinin atam vasitəsilə mənim fəaliyyətlərim və fikirlərimə nəzarət etmək cəhdi qəbulolunmazdır. Mən atamın dövlət tərəfindən izlənilmədən tamamilə azad olmasını istəyirəm. Mən onunla normal söhbət etmək istəyirəm,” o əlavə edib.

Ekstremizmə təhrik etmək

2017-ci ilin ortalarında həbsindən öncə Seydin Urumçidə Sincan İslam İnstitutunda Çin tarixi professoru kimi çalışırdı. O eyni zamanda, İmin Nəşriyyat Evinin sahibi idir. 2012-ci ildə yaradıldığı vaxtdan nəşriyyat tərəfindən dil, təhsil, texnologiya və psixologiya mövzularında 50-dən çox kitab nəşr edilmişdi.

İminin bildirdiyinə görə, 2019-cu ildə Pekindəki tanışlarının onun “təhsil düşərgələri” adlandırılan düşərgəyə salındığını deməsinə qədər onun atasından xəbəri yox idi. Seydinin gizli məhkəmə tərəfindən “ekstremizmə təhrik” ittihamı ilə 15 illik həbs cəzasına məhkum edildiyi deyilirdi.

O vaxtdan İmin sosial mediada uyğurların ağır vəziyyəti haqda məlumatlandırma kampaniyasına başlayıb. O, atasının Ərəb dilinin qrammatikası kitabını nəşr etdiyinə görə həbs olunduğunu deyərək, onun azad edilməsini tələb edir.

İmin ailə üzvlərini illərlə itkin düşdükdən sonra Çin mediasında görən xaricdə yaşayan yeganə uyğur deyil.

36 yaşlı Kuzzat Altay atası Memet Kadiri Çinin dövlət mediası olan Global Times-da yanvar ayında yayımlanmış videoda görüb. Onun 68 yaşlı atası iki ilə yaxındır itkin düşmüşdü.

“Mən təxminən iki il onun sağ olub-olmadığını bilmirdim. Birdən-birə o, Çinin dövlət televiziyasında çıxıb məni qınayır və məndən fəaliyyətimi dayandırmağımı tələb edir, ya da mənimlə əlaqəni kəsəcəyini deyir”, Altay bildirib. O, atasının yarı iflic vəziyyətində olduğu kimi göründüyünü və bu ifadələrin ondan alındığını əlavə edib.

Gənc uyğur fəal Sincanı 2005-ci ildə tərk edib və hazırda Virciniya ştatında Uyğur Amerika Assosiasiyasına rəhbərlik edir. O, fəaliyyətə 2018-ci illin fevral ayında atasından Çin polisi tərəfindən Urumçidəki saxlanma düşərgəsinə aparıldığı haqda səsli mesaj alandan sonra başlayıb.

Mənbə: www.amerikaninsesi.org