Yunanıstanda əhalini koronavirusdan qorumağın yolu tapıldı

Yunanıstanda əhalini koronavirusdan qorumağın yolu tapıldı

İyunun 1-dən etibarən Yunanıstan vətəndaşlarını koronavirus infeksiyasından qorumaq üçün universal BCG peyvəndinə başlayacaq.

Sabah.az “RİA Novosti”yə istinadən xəbər verir ki, bu tədbir ölkənin milli dərman agentliyi tərəfindən təsdiqlənib və peyvəndləmə Afina, Saloniki, Patras və Yunanıstanın digər şəhərlərində aparılacaq.

Bildirilib ki, Almaniya, Avstraliya və Hollandiya da oxşar addımlar atıb.

Mənbədə qeyd olunub ki, BCG peyvəndinin effektivliyi elm adamları tərəfindən üç il davam edən bir araşdırmada sübut edilib. Aşılanmış insanların tənəffüs sistemində yoluxucu xəstəliklərin inkişaf riskinin beş qat az olduğu ortaya çıxıb. Mütəxəssislərin fikrincə, bu tədbir koronavirusa yoluxma riski olan insanları qoruyacaq.

Vurzulanıb ki, BCG vərəm əleyhinə peyvənddir. Bir sıra ölkələrdə bu peyvənd doğuşdan dərhal sonra bütün uşaqlara verilir və təsiri həyat boyu davam edir.

Mənbə: sabah.az