Şəhər valisindən cümə namazı ilə bağlı çağırış

Türkiyənin Samsun valisi Osman Kaymak 65 yaşdan yuxarı şəhər sakinlərinə cümə namazı ilə bağlı tövsiyələrini verib.

Cebhe.info xəbər verir ki, bu barədə vali tabeliyində olan qurumların rəhbərləri və “kaymakam”larla keçirdiyi video-konfransda bildirib. “Dəstəmazı evdə alın, qoruyucu maska taxıb məscidə gəlin, sosial məsafə saxlayaraq namaz qılın”-deyə, Osman Kaymak ahıl şəhər sakinlərinə xitabən deyib.

Vali sosial dəstək qruplarına işləyən fəallara da təşəkkürünü bildirib.
Aydın
Cebhe.info

Cebhe.info

ƏVVƏLKİ XƏBƏR

Yunanıstanda əhalini koronavirusdan qorumağın yolu tapıldı

SONRAKI XƏBƏR

“SpaceX” insanları Beynəlxalq kosmik stansiyasına aparacaq-Tarixdə İLK DƏFƏ