İcra başçısı  Şəmkir  maşın kanalına baxış keçirdi - FOTO

Goranboy Rayon İcra Hakimiyyətinin başçısı Məhərrəm Quliyev Şəmkir maşın kanalına baxış keçirib.
İcra Hakimiyyətindən Modern.az-a verilən məlumata görə, icra başçısı Məhərrəm Quliyev rayonun su təsərrüfatları idarələrin rəhbərləri və Şəmkir maşın kanalının rəhbəriyi ilə birgə maşın-su kanalına baxış keçirib.

İcra başçı kanalın mövcud vəziyyəti, kanalda paylayıcı su qurğuları və kanal vasitəsi ilə əkin sahələrinə nəzərdə tutulmuş su təminatı ilə yerində maraqlanıb, kanalın mənbəyinədək müşahidələr aparıb. Bu sahədə mövcud problemlərin aradan qaldırılnası və kanalın maksimum su təhcizatı ilə təmin olunması, sudan səmərəli istifadə olunması məqsədi ilə məsləhətləşmələr aparılıb.

Modern.az

ƏVVƏLKİ XƏBƏR

Qatıldığı sərgini fürsətə çevirən firma ABŞ-a avtobus ixrac etməyə başladı - MARAQLI

SONRAKI XƏBƏR

Araz Ağalarovun xəstəxanasının 2 milyardlıq müqaviləni tendersiz götürdüyü bildirilir