Pandemiya dövründə xaç suyuna salma - FOTO

Pandemiya dövründə xaç suyuna salma - FOTO

Koronavirus pandemiyası bir çox mərasimlərin təxirə düşməsinə, bəzi adətlərin unudulmasına gətirdi. Lakin bəzi insanlar öz arzularını reallaşdırmaq üçün inanılmaz yollar fikirləşirlər.

Amerikalı keşiş də koronavirusa görə körpə uşağın xaç suyuna salınmasını təxirə salmaq istəməyib. O, maska taxaraq və su tapançası ilə silahlanaraq valideynlərin arzusunu yerinə yetirib.

“Lenta dnya” “Telegram” kanalı bununla bağlı maraqlı fotonu yayımlayıb.

Mənbə: www.oxu.az