Qatıldığı sərgini fürsətə çevirən firma ABŞ-a avtobus ixrac etməyə başladı - MARAQLI

Qatıldığı sərgini fürsətə çevirən firma ABŞ-a avtobus ixrac etməyə başladı - MARAQLI

ABŞ-ın Las Veqas şəhərində keçirilən sərgidə iştirak edən türkiyəli mikroavtobus firması bu hadisəni bir fürsətə çevirib.

Moderator.az xəbər verir ki, fevral ayında baş tutan sərgidə keçirdiyi iş görüşmələri ilə ABŞ bazarına çıxmağa nail olan firma, ilk mərhələdə istehsal etdiyi iki mikroavtobusu Las Vegasa göndərib. Qalanlarını isə koronavirusdan sonra göndərməyi planlaşdırır.

İsveçrə, Hollandiya, Belçika və ABŞ-da şöbələri olan beynəlxalq bir şirkətlə əməkdaşlıq etdiklərini söyləyən və 20 ildir Avropaya mikroavtobus ixrac edən türkiyəli firma sərgidən sonra 25 ədəd mikroavtobus sifarisi aldığını bildirib.

Kamran

 

Mənbə: moderator.az