Ombudsmanın Şəki Regional Mərkəzi tərəfindən onlayn hüquqi maarifləndirmə tədbiri keçirilib (FOTO)

Ombudsmanın Şəki Regional Mərkəzi tərəfindən onlayn hüquqi maarifləndirmə tədbiri keçirilib (FOTO)

Bakı. Trend:

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili Səbinə Əliyevanın təşəbbüsü ilə elan olunmuş “İnsan Hüquqları Aylığı” çərçivəsində Ombudsmanın Şəki Regional Mərkəzi tərəfindən Zaqatala rayonunun Aşağı Tala kənd 1 saylı tam orta məktəbinin müəllim və şagirdlərinin iştirakı ilə “Mənin hüquqlarım” mövzusunda onlayn hüquqi maarifləndirmə tədbiri keçirilib.

Ombudsman Aparatının Mətbuat xidmətindən Trend-ə bildirilib ki, tədbirdə Ombudsmanın Şəki Regional Mərkəzinin rəhbəri Pərviz Məmmədov iştirakçıları Ombudsman Səbinə Əliyevanın adından salamlayıb, Müqəddəs Ramazan Bayramı və 28 may - Respublika günü ilə əlaqədar təbriklərini çatdıraraq bildirib ki, 18 may - 18 iyun tarixlərini əhatə edən "İnsan Hüquqları Aylığı" çərçivəsində insan hüquqları, o cümlədən sağlamlıq hüquqlarının təbliği istiqamətində onlayn görüşlərin, videokonfransların və s. tədbirlərin keçirilməsi nəzərdə tutulub.

 

İştirakçılara ölkəmizdə insan hüquq və azadlıqlarının müdafiəsi sahəsində görülən işlər, həyata keçirilən islahatlar, o cümlədən uşaq hüquqlarının qorunması istiqamətində atılan addımlar, bu sahədə dövlətimizin qoşulduğu beynəlxalq sənədlər, habelə milli qanunvericilik aktları barədə məlumat verilib.

Mənbə: az.trend.az