Gözəlllik standartlarına burnu ilə meydan oxudu - MARAQLI...+ FOTOLAR

Gözəlllik standartlarına burnu ilə meydan oxudu - MARAQLI...+ FOTOLAR

Kiçik burunlar, dolğun dodaqlar və qabarıq almacıq sümükləri ilə bir-birinə bənzəyən minlərlə qadını sosial mediada tez-tez görürük. Ancaq artıq qadınların qüsurları ilə barışaraq gözəlllik standartlarına meydan oxuması da bir həqiqətdir. Eyni ilə Holi Hopkins adlı gənc qadın kimi.

Moderator.az xəbər verir ki, şəkilləri ilə minlərlə "tvit" və "layk" alaraq məşhurlaşan qadın "Tvitter" hesabında yazdığı şərhdə illərlə burnunu gizlətmək məcburiyyətində qaldığını və burnunun görüntüsünə nifrət etdiyini söyləyib.

Görünüşünə görə özünə güvənmədiyini söyləyən gənc qadın artıq gözəllik standartlarının dəyişdiyini və burnunu çox sevdiyini bildirib.Sözügedən paylaşımından sonra minlərlə qadından Holiyə dəstək mesajı gəlib.

Kamran

 

Mənbə: moderator.az