Estoniyada koronavirusa yoluxanların sayı 1840 nəfərə çatıb

Estoniyada koronavirusa yoluxanların sayı 1840 nəfərə çatıb

Tallinn, 27 may, AZƏRTAC

Estoniyada koronavirusa (COVID-19) yoluxanların sayı artaraq 1840 nəfərə çatıb.

AZƏRTAC xəbər verir ki, bu barədə Estoniya Səhiyyə Departamenti məlumat yayıb. Bildirilir ki, ölkədə indiyədək 79 min 605 nəfər müayinə olunub. Son sutka ərzində COVID-19 virusuna görə 1527 test aparılıb.

Ölkədə COVID-19-dan 66 ölüm faktı qeydə alınıb. Sağalanların sayı isə rəsmi rəqəmlərə əsasən 1561 nəfər təşkil edib.

Asiman Əsədov

AZƏRTAC-ın xüsusi müxbiri

Tallinn

AZERTAG.AZ :Estoniyada koronavirusa yoluxanların sayı 1840 nəfərə çatıb

Mənbə: azertag.az