İt kafedə 31 yaşlı kişini dişlədi

İt kafedə 31 yaşlı kişini dişlədi

Goranboyda 31 yaşlı kişini it dişləyib.

"Qafqazinfo" xəbər verir ki, hadisə rayon ərazisində fəaliyyət göstərən kafelərdən birində baş verib.

Orada müştəri olan Vüqar Rəhimov qəfildən itin hücumuna məruz qalıb. İt 31 yaşlı rayon sakininin əl və qollarına xəsarət yetirib. Zərərçəkən Goranboy rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. V.Rəhimova tibbi yardım göstərilib.

Elmar Əli

Mənbə: qafqazinfo.az