Misirdə yeni rekord göstərici

Misirdə yeni rekord göstərici

Misirdə son sutka ərzində koronavirusa yoluxanların sayı 910 nəfər artıb. Bu, xəstəliyin yayılmağa başlamasından indiyədək ölkədə qeydə alınan ən yüksək göstərici olub.

“Qafqazinfo” “RİA Novosti”yə istinadən bildirir ki, bu barədə Səhiyyə Nazirliyinin rəsmi nümayəndəsi Xalid Mücahid məlumat verib. Bununla da Misirdə koronavirusa yoluxanların ümumi sayı 19 666-ya yüksəlib.

Son 24 saat ərzində daha 19 nəfər xəstəliyin qurbanı olub. Nəticədə ölkədə koronavirusdan ölənlərin sayı 816-ya çatıb.

Bundan əlavə, indiyədək 5 205 pasiyent sağalıb və xəstəxanalardan evə buraxılıb.

Mənbə: qafqazinfo.az