Bakıda daha bir kafe karantin qaydalarını pozdu - FOTO

Xocahəsəndə karantin rejimini pozan kafe aşkarlanıb.

Oxu.Az-ın məlumatına görə, ötən gün Binəqədi Rayon Polis İdarəsinin (RPİ) əməkdaşları tərəfindən reyd keçirilib.

Reyd zamanı paytaxtın Binəqədi rayonu Xocahəsən qəsəbəsində axşam saat 18:00-dan sonra fəaliyyət göstərən “Cavid” adlı kafedə karantin qaydalarının pozulduğu məlum olub.

Ümumilikdə, kafe sahibi ilə birlikdə 6 nəfər işçi saxlanılıb və onlar barəsində İnzibati Xətalar Məcəlləsinin (İX) 211-ci maddəsi (Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulması) ilə protokol tərtib olunub.

Onlardan biri 200, digərləri isə 100 manat məbləğində cərimələnib.

Könül Cəfərli

Oxu.az

ƏVVƏLKİ XƏBƏR

ABŞ-Çin arasında Honkonq konflikti dərinləşir

SONRAKI XƏBƏR

Rusiyanın ulduz aktyoru azərbaycanlı həkimin hekayəsini anladıb