Moskvadan 175 Azərbaycan vətəndaşı Bakıya gətirilib

Moskvadan 175 Azərbaycan vətəndaşı Bakıya gətirilib

Mayın 27-də "Azərbaycan Hava Yolları" QSC çarter reysi ilə 175 nəfər Azərbaycan vətəndaşı Moskvadan Bakıya çatdırılıb.

Bu barədə ABC.AZ-a "Azərbaycan Hava Yolları" QSC-nin (AZAL) mətbuat xidmətindən məlumat verilib.

Qeyd edilir ki, ölkəyə gələn bütün sərnişinlər reysdən sonra karantinə yerləşdirilib.

Mənbə: abc.az