Azərbaycan tarixinin şanlı səhifəsi - Respublika Günü

Azərbaycan tarixinin şanlı səhifəsi - Respublika Günü

Bu gün Azərbaycanda 28 May Respublika Günü qeyd olunur. 102 il əvvəl bu tarixdə Şərqin ilk demokratik respublikası qurulub. Azərbaycan Xalq Cümhuriyyəti 28 may 1918-ci ildə Tibilisi şəhərində Qafqaz canişininin binasında Azərbaycan Milli Şurası tərəfindən elan edilib.

Bu tarixi gün Şərqin ən qədim dövlətçilik ənənələrinə malik olan bir xalqa yenidən istiqalal sevincini yaşatdı. Qərinələr boyu mövcud olmuş “Azərbaycan” adı coğrafi və etnoqrafik anlamdan siyasi müstəviyə gətirildi və nəticədə indiki Azərbaycan Respublikasının sələfi olan Azərbaycan Xalq Cumhuriyyəti yaradıldı.

Anar İsgəndərov - millət vəkili

Azərbaycan tarixində ilk dəfə olaraq 350 dəfə ilk ifadəsinə imza atdı. Bakı cümhuriyyətin dövründə ilk dəfə olaraq bütün Azərbaycanın paytaxtı oldu. Coğrafi məhfum olan Azərbaycan ifadəsi, siyasi məhfuma çevrildi və dövlət Azərbaycan adlanmağa başladı. Azərbaycan ordusu ilə bağlı, Azərbaycan dili ilə bağlı, Azərbaycan vətəndaşlığı ilə bağlı, Azərbaycan parlamneti ilə bağlı, özü də necə parlamnet. Azərbaycan parlamneti o dövr üçün qərb parlamnetlərini üsttələyən parlamnet idi. Rəngindən, iriqndən, cinsindən asılı olmayaraq Azərbaycan parlamnetinin üzvü ola bilərdi.

Firdovsiyyə Əhmədova - tarixçi

Azərbaycan maliyyəsi, iqtisadiyyatı milli zəmində qurulmağa başladı. Milli ordu quruculuğu ilk dəfə olaraq uğurlu, müttəfqsiz, xarici kömək almadan ölkə daxilində Qarabağ əməliyyatını həyata keçirdi. Təhsil sahəsində starjeti əhəmiyyətli addım atıldıki, hətta Cümhuriyyət devrilsə belə BDU fəaliyyətini göstərdi. Azərbaycan elminə, təhsilinə böyük töhfələr verdi. 100 Azərbaycan gənci dövlət hesabına xaricdə təhsil almağa göndərildi.

Xalq Cümhuriyyəti hökumətinin dövlət quruculuğundakı mühüm addımlarından biri Dövlət rəmzlərinin qəbul edilməsi idi. 1918-ci il Noyabrın 9-da üzərində aypara və səkkizguşəli ulduz olan üç rəngli mavi, qırmızı və yaşıl RƏNGLİ bayraĞIMIZ ölkə səmasında dalğalanmağa başladı. Parlamentin ən ali qərarlarından biri isə müəslman şərqində ilk dəfə qadınlara bərabar hüquq verilməsi təsbit olundu.

Anar İsgəndərov - millət vəkili

Azərbaycanda bir ovuc dövrün dili ilə desək yəhudi, polyak, alman, gürcü var idi. Parlamnet qanununa görə 30-40min arası əhaliyə 1 parlamnet üzvü düşürdü. Amma Azərbaycanb parlamneti daxili qaydaları pozaraq, yəhudiləər, almanlara, polyaklara bir yer verdi. Bu dünya tariində olmayan hadisıdir. Azərbaycan parlamenti bu gün Avropa üçün nümunə ola bilən qadın və kişilərin seçkidə bərabərlik haqqında qanun qəbul etdi. Ancaq bizə bu gün demokratiyadan dərs deyən həmin Avropa 2-ci dünya müharibəsindən sonra qəbul etdi.

Firdovsiyyə Əhmədova - tarixçi

Azərbaycan türkcəsinə dövlət dili status verildi. Ibtidai təshil mütləq ana dilində alınmalı idi. Yəni bütün idarəetmə sahələrində milli zəmində dövlət quruculuğu işi aparılırdı. Azərbaycanln milli bankı yaradıldı. Azərbaycan vətəndaşlığı haqqında qanun verildi. Mətbuat üzrəində senzura götürüldü. 3 ali təhsil müəsisiəsi açmaq gündəmdə idi. Çoxlu kişi qadın gimnaziyları açıldı. Azərbaycan məktəbi milliləşdirldi.

Azərbaycan Demokratik Respublikasının yaranması xalqın milli mənlik şüurunu dirçəltmək, ona böyük əxlaqi keyfiyyətlər-milli vətənpərvərlik, milli ovqat, mili ləyaqət hissi aşılayaraq vahid ortaq məxrəcə-milli birliyə səsləmək baxımdan əvəzsiz hadisə idi.

Mənbə: www.atv.az