Dörd yaşlı vunderkind 3 dildə yazır

Dörd yaşlı vunderkind 3 dildə yazır

Dörd yaşlı ingilis oğlan üç dildə oxumağı və yazmağı öyrənib.

KONKRET.az xəbər verir ki, bu barədə “The Mirror” nəşri yayıb.

İngiltərənin Çeşant şəhərindən olan 4 yaşlı Ayzek Miller gəzinti zamanı reklam afişalarında yazılanları oxumağı öyrənib.

Uşağın 32 yaşlı anası Mişel Nelson qeyd edir ki, insanlar belə kiçik bir uşağın oxuya biləcəyinə inana bilmirlər.

Üstəlik, Ayzek IQ-sü yüksək insanların cəmiyyətinə qəbul edilib.

Mütəxəssislər uşağı çox yüksək ümumi zəkaya və uyğun sxolastik nailiyyətlərə sahib bir insan olaraq xarakterizə ediblər. Onun İQ-sü 154-dür.

Oğlanın cəmiyyətə daxil olması üçün testi müstəqil bir araşdırma zamanı yoxlanılıb, çünki on yaşından kiçik uşaqlar üçün test tətbiq olunmur.

İndi dörd yaşlı Ayzek Miller ingilis, yunan və ərəb dillərində oxuya və yaza bilir.

Amerikanın 50 ştatının hamısının adlarını bilir, ispan dilində onadək sayır və bütün planetlərin adlarını sıra ilə deyir.

Oxu bacarıqları demək olar ki, səkkiz yaşlı, riyaziyi bacarı isə altı yarım yaşlı bir uşağa bənzəyir.

Mənbə: konkret.az