Qüdsdə əl-Əqsa məscidi iki ay fasiədən sonra bu həftə açılır

Qüdsdə əl-Əqsa məscidi iki ay fasiədən sonra bu həftə açılır

Koronavirus pandemiyasına görə bağlanan əl-Əqsa məscidi cari həftədə açılacaq.

İnterAz SalamNews-a istinadla xəbər verir ki, bu barədə əl-Əqsa Məscidi İdarəsi məlumat yayıb.

Bildirilib ki, əl-Əqsa məscidi cari həftənin son günü inanclıların üzünə açılacaq.

İnanclılar koronavirus pandemiyası ilə bağlı şərtlərə əməl etməklə məscidə daxil ola biləcəklər.

Qeyd edək ki, Səudiyyə Ərəbistanında Məkkə və Mədinədəki hərəmlər də fəaliyyətini tam bərpa etməyib və məscidlər məhdud şəkildə açılır. İranın Məşhəd və Qum ziyarətgahlarında da ziyarətlər məhdud şəkildə və yalnız üstü açıq həyətlərdə həyata keçirilir.

Mənbə: www.interaztv.com