1336 köçkün ailəsinə yeni mənzil - VİDEO

1336 köçkün ailəsinə yeni mənzil - VİDEO

Bakının Qaradağ rayonunda məcburi köçkünlər üçün yeni salınmış “Qobu Park-3” yaşayış kompleksində 1336 mənzil var.

Bu barədə REAL-a Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Rövşən Rzayev məlumat verib.

Yaşayış kompleksində xalçaçılıq sexi də istifadəyə verilib. Sexin yaradılması məcburi köçkünlərin məşğulluğunun təmin olunmasına xidmt edir.

Qeyd edək ki, 2020-ci il ərzində Azərbaycanda 7000-dən çox məcburi köçkün ailəsi mənzillə təmin ediləcək.

Mənbə: www.realtv.az