Maltada güclü leysan bəzi əraziləri iflic edib

Maltada güclü leysan bəzi əraziləri iflic edib

Valetta, 28 may, AZƏRTAC

Maltada bir gündür davam edən güclü leysan ölkənin bir neçə şəhərini iflic edib.

AZƏRTAC xəbər verir ki, yağış nəticəsində əmələ gələn sel bəzi əraziləri su altında qoyaraq hərəkəti məhdudlaşdırıb. Bu seldən əsasən ölkənin Luke, Kormi, Sent-Culianne, Zebbuqe, Mellixe, Mside və başqa rayonları əziyyət çəkib.

Qeyd olunan ərazilərdə nəqliyyatın hərəkəti məhdudlaşdırılıb.

Aygün Əliyeva

AZƏRTAC-ın xüsusi müxbiri

Malta

AZERTAG.AZ :Maltada güclü leysan bəzi əraziləri iflic edib

Mənbə: azertag.az