Türkiyədə məscidlərdə namaz qılınmasına icazə verildi

Türkiyədə məscidlərdə namaz qılınmasına icazə verildi

Türkiyədə sabahdan etibarən məscidlərdə Cümə namazının qılınmasına icazə veriləcək. Azvision.az xəbər verir ki, bununla bağlı İstanbul valisi Ali Yerlikaya sosial şəbəkə hesabında video paylaşıb.
Bildirilib ki, sabah İstanbulda Süleymaniyə, Sultanahmet, Yeni Məscid (Eminönü), Ortaköy və Çamlıca məscidlərində namaz qılınacaq. Digər şəhər və rayonlarda açılacaq məscidlərin siyahısı valiliyin saytında yerləşdirilib.
Sabah Fatih məscidində təşkil olunacaq cümə namazında Diyanət İşləri naziri Əli Ərbaş da iştirak edəcək.
Şahan Rəhimli
Azvision.az

Mənbə: azvision.az