Dünyada yaşayan azərbaycanlı gənclər 28 May - Respublika Günü ilə bağlı videoçarx hazırlayıb

Dünyada yaşayan azərbaycanlı gənclər 28 May - Respublika Günü ilə bağlı videoçarx hazırlayıb

Minsk, 28 may, AZƏRTAC

Dünyada yaşayan və təhsil alan gənc soydaşlarımız 28 May - Respublika Günü ilə bağlı videoçarx hazırlayıblar.

AZƏRTAC xəbər verir ki, Belarusda yaşayan gənc azərbaycanlı fəal Vüsal Qarayevin təşkilatçılığı ilə hazırlanan videoçarxda Azərbaycanın dövlət himni səsləndirilib.

Vidoçarxda Almaniya, İtaliya, Misir, ABŞ, Fransa, Birləşmiş Ərəb Əmirliyi, Belarus və Ukraynada yaşayan gənclərimiz iştirak edib.

“Biz bu videoçarxla azərbaycanlı gənclərin Vətənimizə olan sevgimizi göstəririk, Azərbaycanın mədəniyyətini, tarixini təbliğ edirik”, - deyə V.Qarayev AZƏRTAC-a açıqlamasında bildirib.

Emil Hüseynli

AZƏRTAC-ın xüsusi müxbiri

Minsk

AZERTAG.AZ :Dünyada yaşayan azərbaycanlı gənclər 28 May - Respublika Günü ilə bağlı videoçarx hazırlayıb

Mənbə: azertag.az