Bakıda evdən oğurluq edən şəxs saxlanılıb.
Oxu.Az xəbər verir ki, hadisə Bakının Xəzər rayonu Binə qəsəbəsində yerləşən paytaxt sakin L.Mustafayevə məxsus yaşayış evində qeydə alınıb.
Belə ki, aprelin 10-dan mayın 12-nə qədər L.Mustafayevin evdə olmadığından istifadə edən şəxs mənzildən iki min manat dəyərində məişət əşyaları oğurlayıb. Faktla bağlı Daxili İşlər Nazirliyinin (DİN) “102” Xidməti-Zəng mərkəzinə məlumat daxil olub.
Daxil olan məlumat əsasında, Xəzər Rayon Polis İdarəsinin (RPİ) Narkotiklə Mübarizə Bölməsi və 3-cü Polis Bölməsinin əməkdaşları tərəfindən birgə əməliyyat-axtarış tədbirləri keçirilib.
Axtarış nəticəsində evdən oğurluq etməkdə şübhəli bilinən 1988-ci il təvəllüdlü Ş.Teymurov müəyyən olunaraq saxlanılıb. Onun üzərindən 0,690 qr heroin aşkar olunaraq götürülüb.
Araşdırma zamanı Ş.Teymurovun daha əvvəl Cinayət Məcəlləsinin 234-cü maddəsi ilə məhkumluq həyatı yaşadığı müəyyənləşib.
Faktla bağlı araşdırma aparılır.
Könül Cəfərli
Mənbə: www.oxu.az