Moskvada özünütəcrid rejimi uzadıldı - Məhdudiyyətlər iyunun 14-dək qüvvədə qalacaq

Moskvada özünütəcrid rejimi uzadıldı - Məhdudiyyətlər iyunun 14-dək qüvvədə qalacaq

Moskvada koronavirus təhlükəsi ilə əlaqədar tətbiq olunan özünütəcrid rejiminin müddəti iyun ayının 14-dək artırılıb.

Bu barədə məlumat verən paytaxt meri Sergey Sobyaninin sözlərinə görə, Moskvada məhdudiyyətlərin yumşaldılmasına dair ikinci mərhələyə keçilməsinə baxmayaraq, koronavirusun yayılma riski hələ də mövcuddur. Mer sakinləri maksimum ehtiyatlı olmağa və tələblərə əməl etməyə çağırıb.

atv.az

Mənbə: www.atv.az