Quql bu tarixdən ofislərini açır

Quql bu tarixdən ofislərini açır

Koronavirus səbəbindən işçiləri evdən çalışan "Quql" şirkəti tədbirlərin yumşaldılması ilə əlaqədar iyul ayından etibarən ofislərini yenidən açacaq.

Axar.az xəbər verir ki, bu barədə şirkətin rəhbəri Sundar Piçayın işçilərin elekton poçtuna göndərdiyi mesajda qeyd edilib. Məlumata görə, hissə-hissə tətbiq ediləcək plana əsasən, iyulun 6-dan etibarən işçilərin müəyyən hissəsi ofisdən çalışmağa başlaycaq.

Qeyd edək ki, epidemiya səbəbindən mart ayından etibarən işçiləri evdən çalışan şirkət onların ofis avadanlıqları və s. kimi tələblərini ödəmək məqsədi ilə hər bir işçisinə əlavə 1000 ABŞ dolları vermişdi.

Mənbə: axar.az