Xalq Cümhuriyyətinın varisi - Yaxud müasir Azərbaycanın sarsılmayan müstəqilliyi

Xalq Cümhuriyyətinın varisi - Yaxud müasir Azərbaycanın sarsılmayan müstəqilliyi

Sovetlər İmperiyası xalqın bu istiqlal və azadlıq haqqını 1920-ci ilin aprelindən etibarən yetmiş ilə yaxın bir vaxt ərzində onun əlindən alsa da, xalq yenidən öz istiqlalına qovuşdu.

Bu gün cümhuriyyət qurucularının ruhu şaddır. Çünki onlar Azərbaycanı məhz belə görmək istəyirdilər. Müstəqil, güclü, əbədi. Bu günkü Azərbaycan respublikası heç bir qüvvənin diktəsi ilə hərəkət etməyən, heç bir dövlətin qanadı altına sığınmayan, müstəqil daxili və xarici siyasətə malik, nüfuzlu beynəlxalq təşkilatların üzvü, dünyamiqyaslı tədbirlərin ev sahibi olan, supergüclərin hesablaşdığı dayanıqlı bir ölkədir. 23 ay ərzində yaşayan dövlət bir çox məsələlərdə ilkə imza atmağa çalışsa da təəsSüf ki, onları reallaşdıra bilmədi. Azərbaycan Demokratik Cumhuriyyətinin həyata keçirə bilmədiyi arzuları bu gün onun siyasi varisi olan Müstəqil Azərbaycan Respublikası yerinə yetirir...

Cümhuriyyət dövrü xadimlərinin ən böyük istəklərindən biri konstusiyanın qəbulu idi. Bu konstusiyanın qəbulunu Azərbaycanın dövlət müstəqilliyi qəbul ediləndən də sonra etmək mümkün olmadı. Bu konstutusiyanın qəbulu və hazırlanması ümummilli lidey Heydər Əliyevin adı ilə bağlıdır. 1995-ci ildin noyabrın 22-də həm ana qanun qəbul edildi həm də parlamnetə seçkilər keçirildi.

Elman Nəsirov - millət vəkili

Əgər Azərbaycan xalq cümhuriyyəti Azərbaycan qadınına səsvermə hüquq verdisə bu gün Azərbaycan siyasi və hüuqui varsi olaraq qadını ölkənin birinci vitse prezident stsusuna yüksıldib. Bu gün Azərbaycan qadını ölkənin parlamnetinin sədri vəzifəsinə yüksəldib. Bu da varisliyin mühim göstəricisidir.

Müstəqilliyi əldə etmək nə qəıdər çətindirsə. Onu qoruyub saxlamaq ondan da çətindir. Bu səbəbdən 1990-cı i noyabrın 17-də Naxçıvan ali Məclisində ümummilli lider heydər Əliyevin 70 il əvvəl məhz 23 ay dalğalanmış bayrağı yenidən havaya qaldırması əslində Azərbaycanın müstqəllik uğurunda APARDIĞI MÜBARİZƏNİN başlanğıcı oldu. 1993-cü ilin ikinci yarısından ümummilli lider Heydər Əliyevin yenidən hakimiyyətə qayıdışı Azərbaycanda müstəqil dövlətçilik ideyalarının bərqərar olmasına şərait yaratdı. Bundan sonra Azərbaycanın xarici siyasət kursunda mövcud reallıqları nəzərə alan və ölkəmizin milli mənafelərinin qorunmasına yönəlmiş əməli dəyişikliklər edildi.

Ümummilli lider Heydər Əliyevin Azərbaycan Xalq Cümhuriyyətinin 80 illiyinin keçirilməsi haqqında, Azərbaycan Xalq Cümhuriyyətinə abidə ucaldılması haqqında sərəncamları, eləcə də Prezident İlham Əliyevin Azərbaycan Xalq Cümhuriyyətinin 90 illik yubileyi, həmçinin Cümhuriyyətin 100 illik yubileyinin keçirilməsi haqqında sərəncamları mühüm əhəmiyyət kəsb edir.

atv.az

Mənbə: www.atv.az