İyunun 1-dən yas mərasimlər belə keçiriləcək — VİDEO

İyunun 1-dən yas mərasimlər belə keçiriləcək — VİDEO

Azərbaycanda COVİD-19 pandemiyası dəfn mərasimlərinin də keçirilməsi qaydalarına təsir edib və yumşalmaan sonra insanlar daha çox yas yerlərinə toplaşmağa can atırlar. Amma yas mərasimləri dövlətin müəyyən etdiyi qaydalar çərçivəsində həyata keçirilməlidir, bunu dinşünas Hacı Fuad Pənahlı bildirib. Onun sözlərinə görə, dəfn mərasimində nə qədər çox adam iştirak dərsə təbii ölmüş adama bir o qdər artıq rəhmət oxunar, dəfnin səbəbkarının ruhu şad olar. Amma hər şey karantin qaydaları çərçivəsində olmalıdır. "Adamların çox olması xəstəliyin artmasına səbəb olacaqsa dinimiz deyir ki, bunu etmək olmaz. Zərurət şəraitində ən yaxın adamların iştirakı tövsiyyə olunur və adamlar dəfn mərasimində az adamın iştirak etməsindən narahat olmamalıdırlar", - deyə dinşünas vurğulayıb.
www.anews.az

Mənbə: anews.az