Bu ölkədə işsizlərin sayı rekord həddə çatdı - 40 milyon...

Bu ölkədə işsizlərin sayı rekord həddə çatdı - 40 milyon...

Koronavirusun ən geniş yayıldığı ölkə olan ABŞ-da işsizlərin sayı artmağa davam edir.

Unikal.org Amerika KİV-ə istinadən xəbər verir ki, ölkədə təkcə ötən həftədə 2 milyon 123 min nəfər işsiz kimi qeydiyyata alınmaq üçün müraciət edib. Beləliklə, ABŞ-da işsizlərin ümumi sayı rekord səviyəyə çataraq 40 milyon 746 min nəfərə yüksəlib.

Qeyd edək ki, bu rəqəm Türkiyənin əhalisinin (82 milyon) təxminən yarısına bərabərdir.

Mənbə: www.unikal.org