İşə müraciət prosesində ən çox edilən səhvlər

İşə müraciət prosesində ən çox edilən səhvlər

Bu gün işə müraciət prosesi zamanı ən çox edilən səhvlərdən danışacam.

Bildiyin kimi, bu, heç də sadə proses deyil. Hətta bəziləri üçün psixoloji olaraq da stressli prosesdir. Bu gün bu stressli prosesi necə yüngülləşdirə bilərik, bu prosesdə necə uğurlu ola bilərik bundan danışacam.

Proses zamanı ən çox edilən səhvlər:

1. CV / Resume

CV yazılarkən diqqət edilməli olan əsas 3 məsələ bunlardır:

1) Xronoloji ardıcıllıq – ən son olanı ən birinci qeyd etməlisən. Məsələn, bakalavr təhsilindən sonra magistr təhsili almısansa, magistr birinci, bakalavr ikinci sırada yazılır. Həmçinin əmək stajını da ən son işlədiyin yerdən yazmağa başla.

2) Şəkil – hər kəsin bildiyi aktual bir məsələ olduğunu düşünsəm də, yenə də qeyd etməyi özümə borc bilirəm. Xahiş edirəm, toy-bayram şəkillərini CV-də istifadə etmə.

 

Mənbə: big.az